6 İyul 2015 22:14

Əfqanıstanda Qulbuddin Hikmetyarın rəhbərlik etdiyi Hizb-i İslam (İslam Partiyası) İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına dəstək verdiklərini elan edib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, partiyanın bəyanatına görə, onlar İŞİD ilə Əfqanıstan ordusu arasında baş verəcək hər hansı döyüşdə terror təşkilatının tərəfində olacaqlar.
Məsələ ilə bağlı Əfqanıstan rəsmiləri heç bir açıqlama verməyib.

Samir


Müəllif:
Загрузка...