13 İyun 2014 17:29
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rupert Kolvill: “Terrorçular məsuliyyət daşımaq iqtidarında deyil”

İraqda qiyamçılar və hökumət qüvvələri arasında toqquşmalarda yüzlərlə insan həyatını itirib.

Teleqraf.com-un Reyter-ə istinadən verdiyi məlumata görə, müvafiq açıqlama ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Rupert Kolvill çıxış edib.

Onun sözlərinə görə, ali komissar Pilley Navin çoxsaylı insan tələfatı və 500 min iraqlının bir neçə gün ərzində qaçqına çevrilməsi barədə xəbərlərdən kəskin narahatlıq keçirir.

Kolvill, həmçinin, qeyd edib ki, terrorçular çoxsaylı günahsız qurbanlara görə, məsuliyyət daşımaq iqtidarında deyillər. Son məlumatlara görə, İraqda 16 Gürcüstan vətəndaşı da “İŞİD” qruplaşması tərəfindən girov götürülüb.

Nail Cəlil


Müəllif: