1 Aprel 2016 10:53

Türkiyənin Adıyaman bölgəsində polis bölməsinə silahlı hücum olub. Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücuma səbəb bir qrup şəxsin sahibkarlardan hərac tələb etməsinə görə düşən dava və polisin dava edənləri həbs etməsi olub.

Dava zamanı 8 nəfər yaralanıb, 10 nəfər həbs edililib. Sahibkarlardan "haqq" tələb edənlər polislərə odlu və soyuq silahlardan hücum ediblər.

Qarşıdurmanın olduğu Fatih məhəlləsinin sakinləri ayağa qalxaraq sahibkarları incidənləri döymək istəyiblər. Polis gecə boyu ərazini nəzarətə götürüb.

Ayxan


Müəllif:
Загрузка...