1 İyun 2016 13:59

NATO Latviya, Litva, Estoniya və Polşaya 4 min əsgər göndərəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Polşa müdafiə naziri Antoni Matsareviç deyib.

Onun sözlərinə görə, qərar iyulun 8-9-da Varşavada keçiriləcək NATO sammitində qəbul ediləcək: "Bu döyüş taborları NATO-nun şərq qanadında önəmli bir faktor kimi həmişə qalacaq. NATO-nun Baş katibi Yens Stoltenberq də görüşümüz zamanı bunu təsdiqlədi".

Matsareviç əlavə edib ki, qərar ABŞ, İngiltərə və Almaniyanın dəstəyi ilə reallaşacaq.

Samir


Müəllif:
Загрузка...