1 May 18:03
520

Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Qızıl kəlmə” ədəbi mükafatının 2017-ci il üzrə qalibləri mükafatlandırılıb.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev “Qızıl Kəlmə” ədəbi mükafatının cəmiyyətdə önəmli yeri olduğunu qeyd edib: "Mükafatların sayını artırmaqla ədəbiyyatın inkişafına təkan vermək istədik. Qaliblərin hamısını təbrik edirəm".

Qeyd olunub ki, ədəbi mükafata əsərlərin qəbulu 2016-cı ilin noyabr ayında başlayıb və bu il aprelin 10-da başa çatıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 100 əsər təqdim edilib.

Beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

Qaliblərin arasında Teleqraf.com saytının redaktoru, şair Şəhriyar del Gerani də var. Onun “Darıxmağın adı” kitabı “Şans” ödülünə layiq görülüb.

Qeyd edək ki, ədəbi mükafatın digər qalibləri aşağıdakı kimi müəyyən edilib:

Nəsr əsərləri nominasiyası üzrə

Sona Vəliyeva. “İşığa gedən yol” kitabı

Vaqif Nəsib. “Sənsizlik, mənsizlik, onsuzluq” romanı

Əkrəm Qaflanoğlu. “Talelər kəsişəndə” kitabı

Poeziya əsərləri nominasiyası üzrə

Firuzə Məmmədli. “Seçilmiş əsərləri” kitabı

Vaqif Bayatlı Odər. “Hər iki dünyanın ən gözəli” silsilə şeirləri

Ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə

Bəsti Əlibəyli. “İkinci mətn” kitabı

Nərgiz Cabbarlı. “Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı” kitabı

Orijinaldan bədii tərcümə əsərləri nominasiyası

Əyyub Qiyas. Svetlana Aleksiyeviçin “Müharibənin qadın olmayan üzü” romanı

Fərid Hüseyn. Orxan Kamalın “Nazim Hikmətlə 3 il yarım” əsəri

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə

Zahid Xəlil. “Ağ leyləklər” kitabı

Qəşəm Nəcəfzadə. “Çiçəkli xalça” kitabı

“Qızıl kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü

Mirmehdi Ağaoğlu. “Alman malı” kitabı

Şəhriyar del Gerani. “Darıxmağın adı” kitabı

Nərmin

Fotolar Elçin Murad


Müəllif: