15 İyul 2014 18:18
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Marneuli rayonunda bələdiyyə sədri azərbaycanlı seçilib.

Alınan məlumata görə, bələdiyyənin ilk iclasında Marneuli bələdiyyəsinin sədri vəzifəsinə Sadaxlı 1 nömrəli seçki dairəsindən majoritar qaydada deputat seçilən Nəbi Abdullayevin namizədliyi irəli sürülüb.

N. Abdullayev 22 səslə Marneuli rayon bələdiyyəsinin sədri seçilib.

N. Abdullayev sədr müavini vəzifəsinə deputat Valeri Maçavarianinin namizədliyini irəli sürüb. Uzun mübahisələrdən sonra səsvermə keçirilib və V. Maçavariani bələdiyyə sədrinin müavini vəzifəsinə seçilib.

Qeyd edək ki, N. Abdullayev 1961-ci il aprelin 4-də Marneuli rayonunun Sadaxlı kəndində anadan olub. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti ixtisası fakültəsini bitirib. Marneulidə tikinti idarəsində sahə rəisi vəzifəsində çalışıb. Son vaxtlar iş adamı kimi fəaliyyət göstərib.

/apa/


Müəllif: