12 İyul 2017 18:07
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ terror təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı ABŞ-la danışıqlar davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib.

Səfir deyib ki, bu məsələdə Türkiyənin müttəfiqləri öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir: “Həm siyasi, həm də ədliyyə qurumları səviyyəsində məsələ ilə bağlı danışıqlar aparılır. Təəssüf ki, biz bu mövzuda dostlarımızdan və müttəfiqlərimizdən Azərbaycan dövlətinin göstərdiyi həssaslığı görmürük. Müttəfiqlərimizdən terrorçularla mübarizədə lazımi dəstək göstərməsini gözləyirik”.

Diplomat ötən il baş verən 15 iyul hadisələrinin Türkiyə üçün dönüş nöqtəsi olduğunu bildirib: “Özünü Məsih elan edən, “Qurani-Kərimi” yarımçıq sayaraq onu tamamlayacağını iddia edən dindən dönmüş şəxsin arxasında qul kimi dayanan xainlərin cəmiyyətdə təmizlənməsi bizim üçün ən başlıca vəzifədir”.


Müəllif: Nərgiz