22 İyul 2014 10:00
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə prezidentliyə namizəd Ekmələddin İhsanoğlunun oğlu atasını biabır edib.

Alınan məlumata görə, Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkilərində müxalif partiyaların vahid namizədi olaraq göstərilən professor Ekmələddin İhsanoğlunun oğlu cümə axşamı gecəsi polis şöbəsinə aparılıb.

Yeniköy Köybaşı prospektində gecə saatlarında bir vətəndaşın sahildə spirtli içki qəbul edərək, dənizə girdiyi və ətraf mühiti çirkləndirdiyi şikayəti ilə polisə məlumat verilib.

Hadisə yerinə gələn polislər ona parkda rast gəliblər. Qəbul etdiyi spirtli içkinin təsiri ilə yarı-huşsuz halda olan şəxs polis tərəfindən oyandırılıb. Polisin müdaxiləsi ilə oyanan həmin şəxs özünü yenidən dənizə atıb.

Polis onu dənizdən çıxararaq, kim olduğu ilə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, o prezidentliyə namizəd Ekmələddin İhsanoğlunun Mərmərə Universiteti Hüquq fakültəsindən məzun olan və Harbiyədə hüquq bürolarından birində işləyən 37 yaşlı vəkil oğlu Osman Toğrul İhsanoğludur.

Polislər lazımi prosedurları həyata keçirdikdən sonra onu evinə apararaq ailəsinə təhvil veriblər.

/ans press/


Müəllif: