12 Noyabr 23:46
172

İran-İraq sərhədində qeydə alınan 7,3 bal gücündə zəlzələ İranda da təşvişə səbəb olub.

Teleqraf.com xəbər verir ki, zəlzələ İranın Kirmanşah şəhərində böyük dağıntılara yol açıb. Təbriz sakinləri təşviş içərisində küçələrə axışıblar.

Qeyd edək ki, zəlzələnin episentrinin olduğu İraqın Süleymaniyyə şəhərində təlafat barədə məlumat verilmir.

Amma İran rəsmiləri ölkənin Kermanşah əyalətində 6 nəfərin dağıntılar altında qalaraq öldüyünü təsdiqləyiblər.

Qəsri Şirin şəhərinin qubernatoru bildirib ki, zəlzələ nəticəsində bir neçə kənd dağıdılıb. Zəlzələdən zərər çəkən rayonlara xilasedicilər göndərilib.


Müəllif: Teleqraf.com