18 Yanvar 2018 12:14
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Katibi Reks Tillersonun “Türkiyəyə açıqlama borcumuz var” fikirinə Ankaradan ilk rəsmi münasibət gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül danışıb.

Gül Tillersonun “Sərhəd mühafizə ordusu yaratmağı düşünmürük, amma yerli qüvvələrə təlim keçəcəyik” fikirlərinə diqqət çəkib:

“Türkiyə sərhəd təhlükəsizliyini təmin etməyə qadir ölkədir. Sərhədlərini və təhlükəsizliyini təhdid edəcək proseslərə Türkiyə heç vaxt səssiz qala bilməz. Belə bir açıqlamanın verilməsi çox vacibdir. ABŞ-ın YPG-yə göndərdiyi silahları geri istəməsi lazımdır”.

Qeyd edək ki, Tillerson ABŞ-ın “yeni ordu” planının olmadığını bildirib.


Müəllif: Samir