3 Mart 2018 16:40
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistana məxsus növbəti taktiki pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Teleqraf.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.


Müəllif: Teleqraf.com