25 Aprel 2018 11:44
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev dövlət başçısı vəzifəsində ilk rəsmi səfərini Türkiyə dövlətinə edib. Bu, artıq bir ənənə şəkilini alıb. Azərbaycan rəhbəri seçkilərdən sonra ilk səfərini Türkiyəyə, Türkiyə rəhbərliyi isə ilk səfərini Azərbaycana edir.

Bu fikirləri Teleqraf.com-a Prezident İlham Əliyevin Türkiyə səfərini şərh edən politoloq Fikrət Sadıqov bildirib.

Politoloq qeyd edib ki, səfər zamanı prezident Əliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılıb:

“Eləcə də Əliyev-Ərdoğan görüşü, digər müzakirələr həyata keçirilir. Bu onu göstərir ki, Bakı-Ankara münasibətləri sıxdır, müttəfiqlik formatındadır. Bu müttəfiqlik daha da genişlənir və möhkəm əsaslara çevrilir. Türkiyə daima bəyan edir ki, Azərbaycanın yanında olacaq”.

Fikrət Sadıqov deyib ki, Azərbaycan dövlət başçısının Türkiyə səfəri və həmkarı Ərdoğanla görüşü zamanı bir sıra strateji məsələlər müzakirə edilib:

“O cümlədən regionda təhlükəsizlik məsələləri, Ermənistanda baş verən hadisələr gündəmdə olub, fikir mübadiləsi aparılıb. Eləcə də digər risklərə və çağırışlara qarşı birgə səylər müzakirə edilib. Beləliklə bizim müttəfiqlik münasibətlərimiz yenidən təsdiq edilib və bu görüşlərdə öz əksini tapıb”.


Müəllif: Cavad