4 May 2016 13:45
183

Ermənistan prezidenti, xarici işlər naziri və onun müavinləri, müdafiə naziri və digər hökumət qurumlarının rəsmiləri tərəfindən biri digərini inkar və təkzib edən ziddiyyətli açıqlamaların verilməsi artıq adət halına çevrilib. Ermənistan prezidentinin mətbuat katibinin açıqlaması da bu sıradan olan növbəti əcaib bəyanatdır.

Bunu Teleqraf.com-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyanın sözlərini şərh edərkən bildirib.

H.Hacıyev qeyd edib ki, demokratiya haqqında moizələr oxumağa cəhd edən bu şəxs qondarma rejimin tanıması olduğu halda, bunun ilk olaraq prezident tərəfindən bəyan ediləcəyini deyir: "Digər tərəfdən xalqın demokratik özünü ifadəsindən danışan Vladimir Akopyan öz-özünü təkzib edir. Onun sözündən belə çıxır ki, Ermənistan rəhbərliyi "erməni xalqının demokratik özünü ifadəsi"nə heç məhəl belə qoymur. Bu da aydın olur ki, qondarma rejimin tanınmasına dair qanun layihəsinin müzakirəsi "demokratik proses" adlı qurama teatr səhnəsidir".

XİN rəsmisi qeyd edib ki, Ermənistan rəhbərliyi öz məsuliyyətsiz hərəkətlərinin nəticələri haqqında düşünmədən hər vəchlə münaqişənin siyasi həllinin pozulmasına çalışır: "Göründüyü kimi Ermənistan rəhbərliyi nəinki nə etdiyini bilmir, hətta nə etdiyini belə anlamır. Ermənistanda demokratiyanın mövcudluğu barədə iddianı isə yalnız uğursuz yumor kimi qəbul etmək olar".


Müəllif: