26 İyul 2016 15:52

Bu gün “Borçalı” Cəmiyyətinin Gürcüstanda keçirəcəyi Elat bayramının təxirə salınması ilə bağlı yeni məqamlar ortaya çıxıb.

Bu məqamlar barədə “Borçalı” Cəmiyyətinin üzvü Rüfət Muradlı sosial şəbəkələrdə məlumat yayıb.
Cəmiyyət nümayəndəsinin və hazırda Elat bayramı ilə əlaqədar Borçalıda olan Rüfət Muradlının fikirlərini təqdim edirik:

“Elat bayramı ilə bağlı Dmanisi rəhbərliyi verdiyi sözü tutmadı. Sonda isə Türkiyədən, Azərbaycandan, Qazaxıstandan və digər ölkələrdən 8-ci Elat bayramına qatılanların gözləri qarşısında bizi Borçalı adından imtina etməyə çağırdılar. Səhnənin üstünə taxdığımız Azərbaycan və Türkiyə bayraqlarını endirdilər. Halbuki, bu haqda razılıq əldə olunmuşdu. Təəsüf ki, milli dəyərlərimizə sayğısızlıq sərgiləndiyi belə bir durumda bu hörmətsizliyə rəvac verənlərin yanında olan üzdəniraq bir neçə soydaşımız da tapıldı. Biz son ana qədər apardığımız müzakirə və aldığımız sonuclara sayğı göstərilməsini tələb etdik, amma adekvat cavab olmadı”.

Nemət


Müəllif:
Загрузка...