25 İyun 2017 20:44
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş bir nəfər xilas edilib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Abşeron rayonu, Qobustan qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxararaq və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:30-da başa çatıb.


Müəllif: Teleqraf.com