17 Avqust 2017 22:18
1 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöldə həyat yoldaşını və qaynanasını qətlə yetirən Əliyev Zaur Adil oğlu könüllü olaraq polisə təslim olub.

Öldürülən şəxslərin kimliyi də məlum olub. Bunlar 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və onun anası 1964-cü il təvəllüdlü Əliyeva Minayədir.

21:52

Göygöldə iki qadının qətli ilə bağlı bəzi təfərrüatı məlum olub.

Məlumata görə, Qızılca kənd sakini həyat yoldaşı və qayınanasını qətlə yetirib.

Qatil həm də mərhumun bacısı oğludur.

Zaur adlı şəxs qaynanasını və həyat yoldaşını öldürdükdən sonra hadisə yerindən qaçıb.

Onların iki azyaşlı övladları var.

.

18:56

Göygöl rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb. Qadınlardan biri başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

/Report/


Müəllif: Teleqraf.com