14 Oktyabr 2017 14:04
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Qoşaçay şəhərinin Fatimeyi-Zəhra xəstəxanasında partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə oktyabrın 13-dən 14-nə keçən gecə yerli vaxtla saat 2:40-da qaz balonunun partlaması nəticəsində baş verib.


Müəllif: Samir