15 Noyabr 11:05
193

Rusiyada gecə saatlarında L-410 təyyarəsinin qəzaya uğraması ilə bağlı 3 versiya irəli sürülüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, təyyarənin ilk cəhddən eniş etməsi mümkün olmayıb. Buna görə də pilotlar ikinci cəhddə təyyarəni endirməyə çalışıb, bu zaman da qəza baş verib.

Xarabrovsk-Nelkan reysinin qəzaya uğraması 3 versiya üzrə araşdırılır: əlverişsiz hava şəraiti, pilotların səhvi və ya texniki nasazlıq.

Qeyd edək ki, hadisə zamanı 8 nəfər həlak olub.


Müəllif: Samir