7 Dekabr 2017 16:02
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordan çayının qərb sahillərində və Qəzza sektorunda fələstinlilərlə İsrail polisi arasında toqquşmalar başlanıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiyanın “RT” telekanalı canlı yayım vasitəsilə məlumat və görüntülər yayıb.

ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra fələstinlilər buna etiraz olaraq, küçələrə axışıb.

Toqquşmalar zamanı çox sayda insan yaralanıb.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir