16 Yanvar 2018 15:41
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Yeliseyev döngəsində yerləşən bağa məşhur müğənni və bəstəkar, Azərbaycan və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin adı verilib.

Bu barədə qərar Moskva meri Sergey Sobyanin tərəfindən qəbul olunub.

Merin müavini Leonid Peçatnikov bildirib ki, 2011-ci ildə bu kiçik parkın yaxınlığında M.Maqomayevin abidəsi qoyulmuşdu. 2017-ci ildə isə bağın yaxınlığında, məşhur müğənninin yaşadığı evdə onun şərəfinə xatirə lövhəsi açılıb.

Qeyd edək ki, bu park Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında yerləşir./Trend/


Müəllif: Teleqraf.com