28 May 2018 13:37
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzildə yaşlı qadının meyiti tapılıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Arakson Mariya Lyubovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.


Müəllif: Teleqraf.com