1 İyul 2015 16:35
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elman Nəsirli: “Ermənistandakı hadisələr 3 ssenari üzrə davam edir”

“Ermənistan dövləti iki sistemli böhran yaşayır. Ermənistanda baş verən son hadisələr yəni, elektrik enerjisi tariflərinin qalxması ölkə əhalisinin, xüsusilə gənclərin məlum reaksiyası onu göstərdi ki, əslində bu böhran özünün yeni dağıdıcı mərhələsinə daxil olmaqdadır. Təbii ki, bu vəziyyətdə Ermənistan prezidenti Serj Sərkisyan problemlərdən çıxış yolları axtarır”. Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.

E.Nəsirlinin sözlərinə görə, bütün bunlar göstərir ki, hadisələr 3 ssenari üzrə davam edir. Onun sözlərinə görə, birinci ssenari ondan ibarətdir ki, Sərkisyan əlində olan xüsusi mühafizə orqanlarını, polis, güc strukturlarını nümayişlərin əleyhinə yönəldir.

“Ümumiyyətlə, Sərkisyanın hakimiyyətdən getməsi tələbi daha çox eşidilməkdədir. İkinci ssenari odur ki, hakimiyyət gənclərin etiraz mitinqləri qarşısından geri çəkilir və onların güzəştlərini yerinə yetirməyə başlayır. Artıq bu ikinci versiyanın elementləri tam da olmasa müəyyən mənada Sərkisyanın həmin qəbul olunmuş qərarın dayandırılması ilə bağlı yanaşmasını göstərir. Əslində o öz mahiyyətini dəyişməyib.

Sərkisyanın proseslərdən geri çəkilməsi də lazımi effekt verməyib, əksinə etirazçıları daha da ruhlandırıb. Üçüncü variant Serj Sərkisyanın hər zaman istifadə etdiyi üsuldur. İşğalçı ölkənin prezidenti daxili auditoriyanın etirazlarını neytrallaşdırmaq, daxili ictimai-siyasi gərginliyi zəiflətmək üçün diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə çalışır. Danılmaz faktdır ki, onlar bu versiyadan hər zaman istifadə ediblər”, – deyə politoloq vurğulayıb.

Səxavət


Müəllif: