7 İyul 2015 12:04
538

AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli tərəfindən döyülən partiyanın keçmiş üzvü Ağaşirin Tanrıverdioğlu yenidən hədə-qorxu ilə üzləşib. Teleqraf.com xəbər verir ki, A.Tanrıverdioğlunun partiya rəhbərliyi haqqında kəskin açıqlamaları AXCP-də narazılıq yaradıb.

Sosial şəbəkədə S.Kərimli ilə mübahisə edən A.Tanrıverdioğlu AXCP üzvlərinin kəskin ittihamları ilə qarşılaşıb. Partiya üzvləri onu "Bomj", "alkaş", "satqın" və s. ağır ifadələrə qərq ediblər.

Məsələn, Mirzexanlı Baba adlı AXCP üzvü yazır: "Ağaşirin bəy, nə oldu Sahib bəyin kafesində müf yeyib-içəndə o, yaxşı olurdu , indi pis.. Gəl sən də bir fərli açıqlama yap görüm nədir dərdin...".

AXCP sədrinin əmisioğlu İnqilab Kərimov daha da qabağa gedərək A.Tanrıverdioğlunu müftəxorluq və xəbərçilikdə ittiham edib: "Ağaşirin Badamdar qəsəbəsində işlətdiyim kafeyə gələndə deyirdi ki, mağaza toyuğu yeyə bilmir. Mən də ona yaxınlıqda satılan kənd çolpaları kəsdirirdim. Hesabını da vermirdi. Ona nə versən yeyəcək, təki yanında arağı olsun".

A.Tanrıverdioğlu demək olar ki, bütün ittihamları cavablayıb və qeyd edib ki, istər S.Kərimlinin "Şəki" kafesində, istərsə də, digər cəbhəçilərin kafesində yedikləri yeməyin pulunu "yuxarıdan" ödəyiblər: "Mən Sahibin yanında müftə yeməmişəm. İkincisi, heç vaxt çağırılmayan yerə getməmişəm. Sahibin heç vaxt imkanı olmayıb ki, kiməsə müftə yemək versin. Əksinə, bizim hesabımıza o, böyük pullar silib".

AXCP üzvü Ziya Zöhrab A.Tanrıverdioğlunun döyülməsinə haqq qazandırıb: "Ağaşirin yenə döyülmək istəyir, buynuzu qaşınır".

Ayxan


Müəllif: