5 Aprel 2016 16:26

Xarici işlər naziri Elmar Məmmədyarov cəbhədə yaranmış son gərginliklə əlaqədar Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə telefonla danışıb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar xanım Mogeriniyə məlumat verib. Bildirib ki, Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini və mülki obyektləri hədəfə alaraq, Azərbaycan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutması nəticəsində bir neçə mülki şəxsin həlak olub və yaralanıb.

Gərginliyin yaranmasının əsas səbəbinin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu olduğunu diqqətə çatdıran nazir gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olunması üçün Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Nazir ələvə edib ki, münaqişənin həlli istiqamətində ciddi siyasi proses başlamalıdır.
Elmar Məmmədyarovun həmkarları ilə intensiv təmasları davam etdirilir.

Səxavət


Müəllif:
Загрузка...