6 Aprel 2016 20:15
254

İtaliyanın paytaxtı Roma şəhərində parlament binasının önündə Azərbaycan-İtaliya Gənclər Assosiasiyası tərəfindən son günlərdə təmas xəttində baş verən hadisələrlə bağlı aksiya təşkil olunub.

Azərbaycanın İtaliyadakı səfirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, aksiyaya qatılan təşkilat üzvləri Ermənistan ordusunun cəbhəyanı bölgələrdə dinc sakinləri atəşə tutmasına öz etirazlarını bildiriblər. Onlar Ermənistan ordusunun Qarabağı tərk etməsi və işğal altındakı Azərbaycan torpaqlarının qaytarılması tələbi ilə çıxış ediblər. Aksiya iştirakçıları erməni yalanlarına son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı şüarlar səsləndiriblər.

Sonda şəhid olan igidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.

Təşkilatın rəhbəri Fərid Abbasov bildirib ki, aprel ayının 7-də Ermənistanın İtaliyadakı səfirliyi önündə aksiya keçiriləcək: “Planlaşdırdığımız aksiyanın baş tutmaması üçün Ermənistan səfirliyi İtaliya Xarici İşlər Nazirliyinə təzyiq göstərsə də, sabah səfirliyin binası qarşısında aksiya keçirəcəyik”.

Nərgiz


Müəllif: