17 İyun 2014 11:24
371

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərinə səfər edib.

SAM-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyətinə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin məsul işçisi Ramil Tağıyev və SAM-ın elmi işçisi Azad Qəribov daxildir.

Səfər çərçivəsində SAM-ın direktoru F.Məmmədovun Türkmənistanın Azərbaycandakı səfiri Toylı Koməkovun müəllifi olduğu “Türkmənistan:Sülh və inkişaf strategiyası” adlı kitabın təqdimat mərasimində və eyniadlı beynəlxalq konfransda çıxışı, eləcə də, bu ölkənin Xarici İşlər Nazirliyi, Diplomatiya Akademiyası və Strateji Planlaşdırma və İqtisadi İnkişaf İnstitutunda görüşləri nəzərdə tutulub.

Səxavət


Müəllif: