21 Aprel 2014 19:15

Makedoniyada səfərdə olan Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Türk Hərəkat Partiyasının lideri Adnan Kahillə görüşüb.

Teleqraf.com-un xəbərinə görə, görüşdə əsasən, bu ölkədə keçiriləcək parlament seçkiləri və Türk Hərəkat Partiyasının seçkilərdə iştirakı məsələsi müzakirə edilib.

Bədrəddin Quliyev səfəri çərçivəsində Sosial Demokrat Birliyi Partiyasının sədri Oliver Spasovski ilə də bir araya gələrək fikir mübadiləsi aparıb.

Qeyd edək ki, partiya sədri Makedoniyaya müttəfiqi olan Türk Hərəkat Partiyasının parlament seçkilərində iştirakına dəstək vermək məqsədilə səfər edib.

Cavidan


Müəllif: