29 İyul 2016 08:36

Azərbaycanlı hakim beynəlxalq oyunda UEFA nümayəndəsi olacaq.

Teleqraf.com AFFA-nın saytına istinadən xəbər verir ki, Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də Avstriyanın Vyana şəhərindəki “Weststadion”da keçiriləcək "Rapid Vyana" (Avstriya) - "Torpedo Jodino" (Belarus) qarşılaşmasının UEFA nümayəndəsi O.Hüseynzadə olacaq.


Müəllif: