4 İyul 2014 12:16
490

İspaniyanın "Barselona" futbol klubu Braziliyada keçirilən dünya çempionatına damğasını vuran futbolçu - Luis Suaresi transfer edib.

Teleqraf.com-un məlumatına görə, Suaresin İngiltərənin "Liverpul" klubundan transferi Katalon klubuna 75 milyon avroya başa gəlib.

Qeyd edək ki, Luis Suares Uruqvay - İtaliya oyunun 80-cı dəqiqəsində Corcio Keylilini dişlədiyinə görə, 4 ay futboldan uzaqlaşdırılıb.

FİFA həmşinin uruqvaylı futbolçunu 9 oyun və 100 min İsveçrə frankı cəzalandırıb.


Müəllif: