23 Aprel 2014 11:22

“Qalatasaray” tarixində klubun ən yaxşı qapıçılarından olan Fərid Mondraqon futbola vidalaşıb.

Teleqraf.com xəbər verir ki, “Deportivo Kali” klubundan oynayan ulduz futbolçu dünən “La Equidad” klubu ilə görüşdən sonra “klubda son rəsmi oyunuma çıxdım” deyə açıqlama verib.

42 yaşlı Mondraqonu “Qalatasaray” tərəfdarları “Mondi” deyə çağırırlar. Ölkəsində isə Türkiyədə oynaması səbəbindən ona “El Turko” (türk) ləqəbi verilib. Mondraqon “Qalatasaray”la 2 dəfə Türkiyə çempionu olub, 1 dəfə Türkiyə kubokunu qazanıb.


Müəllif: