13 İyul 2014 16:39

Çexiyada məşhur tennisçi, Uimbldon turnirinin ikiqat qalibi Petra Kvitovanın adı vergi qalmaqalında hallanır.

Tennisçi vergiləri Monokada ödədiyi üçün çexiyalı deputat Stanislav Quml Kvitovanı Çexiya vətəndaşlığından məhrum etmək lazım olduğunu bildirib.

Petra Kvitovanın “vergi cənnəti” sayılan Monakoda daimi yaşamaq üçün sənədləri vardır. Publisist Pyotr Pospixalın fikrincə, tennisçi xanım çex gəncləri üçün yalnız o halda nümunə ola bilər ki, vergiləri öz ölkəsində ödəsin.

Çexiya dövlətinin yüksək vəzifəli şəxsləri dərhal Kvitovanı müdafiə etməyə başlayıb. Baş nazir Boquslav Sobotka idmançının böyük müvəffəqiyyətindən sonra onu vətəndaşlıqdan məhrum etmək təklifini “qəddarlıq” adlandırıb.

Prezident Miloş Zeman isə bildirib ki, Kvitovaya Monakoda – bir çox məşhurların rəsmən yaşadığı dövlətdə vergi ödəməyi heç kim qadağan edə bilməz. O, Uimbldon turnirində qələbəyə görə yaxın vaxtlarda 3 milyon ABŞ dolları alacaqdır./anspress/


Müəllif: