24 Sentyabr 2017 20:28
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə “A” qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirib.

Teleqrfa.com-un məlumatına görə, Azərbaycan milli komandası hər iki setdə qalib gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununu izləyib.

Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Komandamızın qrupdakı rəqiblərindən Polşa Almaniyanı 3:2, Macarıstanı isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Polşa ilə matçda qrupdan çıxmaq üçün doğma meydanda növbəti qələbəsini qazanmağı hədəfləyir.

Hazırda 5 xala malik Polşa qrupda liderdir. Azərbaycan yığmasının 3, Almaniyanın 1 xalı var. İki görüşdən məğlub ayrılan Macarıstan isə xalsızdır.

Qeyd edək ki, bu qrupun digər görüşündə Macarıstan və Almaniya komandaları qarşılaşacaqlar. Bu görüşə isə saat 20:30-da start veriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununu izləyib.


Müəllif: Teleqraf.com