20 Oktyabr 2017 15:05
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı azarkeşlər “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə keçirəcəyi səfər oyununu canlı izləyə bilərlər.

Teleqraf.com klubun rəsmi saytına istinadla xəbər verir ki, azarkeşlər oyunun biletlərini “Qarabağ”ın bazasından ala bilərlər.

Biletləri saat 10:00-dan 18:00-a qədər əldə etmək mümkündür. Ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti 30 avrodur.

Qeyd edək ki, “Atletiko”-“Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək.


Müəllif: Samir