15 Mart 2018 09:40
2 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" Çempionlar Liqasının 1/8 finalının cavab oyununda "Çelsi"ni 3:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.

Teleqraf.com xəbər verir ki, "Barselona"nın forvardı Lionel Messi Çempionlar Liqasının 1/8 finalının "Çelsi"yə qarşı keçirilən cavab görüşündə dubl edib.

Londonluların qapısına göndərdiyi ikinci top argentinalının turnirdə vurduğu sayca 100-cü qol olub.

O, ÇL-də Kriştianu Ronaldudan (117) sonra bu göstəriciyə imza atmış ikinci futbolçu olub.


Müəllif: Teleqraf.com