25 Mart 2018 00:57
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin Belarusla yoldaşlıq görüşünü canlı izləyə bilməsəm də, evdə baxdım. Bu oyun mənim üçün də maraq doğururdu. Ən azı ona görə ki, heyətdə “Qəbələ”nin də futbolçuları var idi. Şübhə etmirəm ki, Azərbaycan millisi ciddi inkişaf edəcək.

Teleqraf.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Keşlə” komandası ilə qolsuz heç-heçə etdikləri yoxlama matçından sonra jurnalistlərin suallarına cavabında deyib.

Baş məşqçi Azərbaycan millisinin Belarusla yoldaşlıq görüşündə nəticəyə əhəmiyyət vermədiyini söyləyib: “Aydındır ki, bu, məşq xarakterli oyun idi. İşləmək və oyunçuların müxtəlif xüsusiyyətlərini nəzərdən keçirmək lazımdır. Yığmaya bir çox yeni futbolçu da cəlb olunub, fikrimcə, proses gedir. Oyun üslubunun oturuşacağına və məşqçilər heyətinin komandanı tanınan vəziyyətə gətirəcəyinə şübhə etmirəm”.


Müəllif: Nərgiz