29 Aprel 2014 11:45
627

İspaniyanın “Villareal” klubu “Barselona” ilə oyunda baş vermiş insidentlə bağlı qərar qəbul edib.

Qeyd edək ki, həmin qarşılaşmada meydan sahiblərinin azarkeşi “Barsa”nın braziliyalı legioneri Dani Alvesə banan atmışdı. Alves isə bananı yerdən qaldırıb yemişdi. Bu olay bütün dünyada böyük əks-əsda doğurdu. Bir cox tanınmış şəxslər Alvesə dəstək nümayiş etdirərək banan yeyərkən çəkilən şəkillərini sosial şəbəkələrdə paylaşdılar. Hətta İtaliya yığmasının baş məşqçisi Çezera Prandelli və italyan siyasətçi Matteo Rençis də futbolçuya dəstək nümayiş etdirmişdilər.

Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı operativ araşdırma aparan “Villareal” rəhbərliyi meydana banan atan azarkeşin şəxsiyyətini müəyyənləşdirib. Klubun rəsmi saytında azarkeşin adı göstərilməsə də, onun ömürlük olaraq “Villareal”ın ev oyunlarına baxmaq üçün stadiona daxil olmasına qadağa qoyulub.


Müəllif: