4 Mart 2015 19:44
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

Teleqraf.com-un məlumatına görə, "Neftçi" AZAL-ı sınağa çəkib. Futbolçuların səylərinə baxmayaraq, qapılar toxunulmaz qalıb - 0:0.

"Xəzər Lənkəran" səfərdə "İnter"in qonağı olub. Hesabı "bankirlər" açıblar: 41-ci dəqiqədə Mikel Alvaro fərqlənib. 69-cu dəqiqədə Asim Məmmədov son nöqtəni qoyun - 2:0.

"Qarabağ" "Bakı"nı qəbul edib. Ağdam təmsilçisi oyuna fəal başlayıb. 6-cı dəqiqədə Reynaldo fərqlənib. 24-cü dəqiqədə Vüqar Nadirov hesabı artırıb. 32-ci dəqiqədə isə Reynaldo dubl edib - 3:0.

"Qəbələ" isə "Simurq"la qarşılaşır.


Müəllif: