21 May 2014 13:09
791

"Mançester Siti"nin futbolçusu Yaya Turenin komandandan ayrılacağı ilə bağlı xəbər yayılıb. Ancaq oyunçunun meneceri Dmitriy Selyuk bunun şayiə olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, Selyuk maraqlı açıqlamaları ilə diqqət çəkib:

“Yaya üçün hər zaman komanda uğurları şəxsi göstəricilərdən daha vacib olub. Etiraf etməliyəm ki, mövsümün ən yaxşısı seçilmədiyi üçün bir qədər məyus oldu. Düzünü danışsaq, Ture bütün göstəricilərə görə bu mövsüm Premyer Liqada hamını üstələdi. “Mançester Siti” çempionluğu qazanıb, BƏƏ-yə yollandığı zaman Ture ad gününü qeyd edirdi. Təəssüf ki, klub onu bu münasibətlə təbrik etməyi unutdu. “Anji”nin sahibi Süleyman Karimov bayramda Roberto Karlosa “Bugatti” hədiyyə edir, “Mançester Siti”nin rəhbərliyi isə Tureyə adi qələm də vermədi.

Məsələn, “Liverpul” Suaresə böyük diqqət ayırır. Ture isə klub tərəfindən belə dəstəyi görmür”.

Aygün İlqarqızı


Müəllif: