30 İyul 2015 23:33

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç gələcək karyerası haqda danışıb.

Qol.Az-ın "purelyfootball.com"a istinadən verdiyi məlumata görə, isveçli forvard yeni komandasının sürpriz olacağını bildirib:

"Növbəti komandam bütün azarkeşlər üçün sürpriz olacaq. Hələlik isə PSJ-nin futbolçusuyam. Burada hər şey məni qane edir və PSJ-də oynamaqdan zövq alıram. Yaxşı komandayıq və daha da güclü olacağıq. Burada xoşbəxtəm və ona görə də komandada qalmaq qərarı verdim".

Qeyd edək ki, Z.İbrahimoviçlə "Milan" və ABŞ klublarının maraqlandığı iddia edilirdi.


Müəllif:
Загрузка...