17 May 2017 23:12
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il kənd təsərrüfatı sektorunun qarşısında dayanan əsas məqsəd toxum istehsalının inkişafıdır.

Teleqraf.com-un məlumatına görə, kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Onun sözlərinə görə, bunun üçün artıq lazımi işlər aparılır.

Nazir bildirib: “Tərəvəz və kartof toxumlarının istehsalında ixtisaslaşan iri müəssisələrin tikintisi artıq başlayıb. Fikrimcə, ilin sonunadək bu müəssisələr istifadəyə veriləcək. Gələcəkdə isə toxum istehsalı və emalı zavodlarının tikilməsi planlaşdırılır”.


Müəllif: Teleqraf.com