20 May 2017 14:06
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Azərbaycanda pomidorun kəskin ucuzlaşdığı və buna Rusiyaya pomidor daşıyan nəqliyyat vasitələrinə qarşı bu ölkənin ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin - konkret olaraq avtomobillərin daşıdığı yükün çəkisinə hədd qoyulmasının səbəb olduğu bildirilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlama yayıb.

Qurum bəyan edib ki, məlumat həqiqəti əks etdirmir: "Gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiyaya pomidor aparan avtomobillərim sərhədkeçmə prosesində hər hansı problem yoxdur. Son 2 gündə Rusiya ilə sərhədi 85 yük avtomobili və 49 vaqon pomidor heç bir maneə olmadan keçib. İki ölkənin qarşlıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə öz həllini tapır".


Müəllif: Teleqraf.com