24 Oktyabr 2017 10:35
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis 2018-ci ilin dövlət büdcəsi layihəsini artıq Hesablama Palatasına təqdim edib.

Palatadan Report-a bildirilib ki, layihə üçün rəy tamamlanmaq ərəfəsindədir və bu ayın sonuna qədər təqdim ediləcək.

“Hesablama Palatası gələn ilin dövlət büdcəsinin layihəsi ilə bağlı rəyin tərtib olunması ilə yanaşı məlumatlılığın yüksəldilməsi və dövlət büdcəsi ilə bağlı əsas məqamların ictimaiyyətə açıqlanması məqsədilə audit tədbirlərinin nəticələrindən istifadə edilməklə rəyin xülasəsini də hazırlamaq niyyətindədir. Həmin xülasə aidiyyəti qurumlara, o cümlədən ölkənin aparıcı KİV-lərinə, elmi-tədqiqat institutlarına təqdim olunacaq”, - deyə açıqlamada qeyd olunub.


Müəllif: Teleqraf.com