4 Mart 2015 10:30

Dünya bazarında “Brent” markalı neftin qiyməti ucuzlaşıb.

Axar.az “Bloomberg”ə istinadən xəbər verir ki, Nyu York birjasında VTI (West Texas Intermediate) markalı neftin bir barreli 0,02% və yaxud 0,01 dollar bahalaşaraq 50,53 dollara satılıb.

“Brent” markalı neftin qiymətində isə ucuzlaşma müşahidə edilib. London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,56% və ya 0,34 dollar ucuzlaşaraq 60,68 dollar olub.


Müəllif: