16 İyun 2017 00:01
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 28-dən etibarən hər gün yayımlanan "Maşın realiti şou" bu gün başa çatıb.

Teleqraf.com xəbər verir ki, çətin və qalmaqallı mübarizənin sonunda aktyor İslam Mehrəliyev “Maşın”ın qalibi olub. Onu dəstəkləyən və təbrik etməyə gələn ulduz dostları final buraxılışında unudulmaz şou göstəriblər.

Qeyd edək ki, 18 ulduzla yayıma başlayan “Maşın”ın finalına 3 nəfər- rəqqasə və aktrisa Oksana Rəsulova, aktyor Elcan Rəsulov və aktyor İslam Mehrəliyev qalmışdı. Final başlayandan düz 38 saat sonra Oksana Rəsulova “İkiniz də bilirsiniz ki, istəsəm, hələ çox qalaram, amma mən sizə görə gedirəm!”- deyərək, əlini maşının üzərindən götürmüş və şounu tərk etmişdi.

Bu gün efirdə yayımlanan videomateriala görə, Oksanadan 6 saat sonra isə icazəli əldəyişmə zamanı Elcan bezərək, getməyə qərar verib. Yayımlanan kadrlardan görünür ki, Elcan əlini götürür. Buna inanmayan İslam Mehrəliyev bilmir ki, ağlasın, ya gülsün. Elcan İslama “sür, rahat sür, sənin olsun!” deyir. Hər iki iştirakçı ciddi həkim nəzarəti altında otelə dincəlməyə gedirlər.

Beləliklə, düz 19 gün sonra “Maşın” sahibini tapıb və maşının açarları İslama təqdim olunub.


Müəllif: Könül Əlibəyli