25 Yanvar 2018 08:28
3 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın erməni əsilli modeli Kim Kardaşyan və Kanye Vestin üçüncü övladının daşıyıcı anasının kimliyi bəlli olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Kardaşyanın yeni doğulan övladının daşıyıcı anasının öz bacısı Kayli Jennerin olması haqqında xəbərlər yayılıb.

Jennerin hamilə qalması ilə Vest-Kardaşyan cütlüyünün övladları olması təxminən eyni dövrə təsadüf edib. Bu da şübhələri daha da artırıb. Ailənin sözügedən xəbərlər barədə hər hansı açıqlama verməməsi şübhənin doğruluğunu təsdiqləyib.

Qeyd edək ki, Kardaşyan ailəsi həmişə şəxsi həyatları ilə şou-biznesin gündəminə gəlməyə çalışırlar.


Müəllif: Kəmalə