19 May 2014 11:57
2 438

O, nəinki Azərbaycanı, bütün Türkiyəni “bayıldacaq”.

Teleqraf.com xəbər verir ki, söhbət sevilən sənətçi Röya Ayxandan gedir. Yaradıcılığını Azərbaycanla paralel olaraq qardaş ölkədə də davam etdirən müğənni türkiyəli həmkarı Gülşenin yeni mahnısını oxuyacaq.

Bu haqda “10Lar” verilişinə danışan müğənni mahnının adının “Bayıla-bayıla” olduğunu deyib:
“Seksi bir mahnıdır, superdir. Mən hər zaman özəl insanları tapıram, özəklərlə işləyirəm. Əminəm ki, bu mahnım da çox seviləcək”.

R.Ayxan daha bir yeni layihəyə başladığını deyib. Bildirib ki, prodüseri Kənan Bayranvla məşhur əcnəbi sənətçilərin Azərbaycanda konsertlərini təşkil edəcək.

Aytən Həsənova


Müəllif: