16 İyun 2017 08:41
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsində hər gün milyonlarla silkələnmə baş verir. Bunların əksəriyyəti cihazlar vasitəsilə hiss edilə bilir, bəziləri isə insanlar tərəfindən hiss olunur.

Ancaq bəzən böyük fəlakətlərə gətirib çıxaracaq zəlzələlər də baş verir. Bu zəlzələlər isə on minlərlə insanın həyatını məhv edir.

Teleqraf.com xarici KİV-ə istinadla dəhşətli zəlzələri təqdim edir.

1.Tanqşan zəlzələsi. 28 iyul 1976-cı ildə Çinin Tanqşan şəhərində meydana gələn zəlzələnin maqnitudası 7,8 bal gücündə olub. Fəlakətdə ölənlərin rəsmi sayı 242 min 419 nəfər olaraq açıqlansa da, bu rəqəmin daha çox olduğu güman edilir.

2.Haiti zəlzələsi. 12 yanvar 2010-cu ildə Haitinin paytaxtı Port-o-Prensdə baş verən zəlzələnin gücü 7 bala çatıb. Sözün həqiqi mənasında fəlakət hesab olunan bu zələzlə 230 mindən çox insanın həyatına son qoyub.

3.Sumatra-Andaman zəlzələsi. Hind okeanının İndoneziya sahillərində o tarixə kimi dünyanın ən dağıdıcı zəlzələsi 24 dekabr 2004-cü ildə baş verib. Zəlzələnin gücü 9 bal olub. Təkanların ardından yaranmış sunami 230 min 210 nəfəri ağuşuna alıb. Əsl qiyamət səhnələrinə bənzəyən zəlzələ idi.

4.Kanto zəlzələsi. 1 sentyabr 1923-cü ildə Yaponiyanın Tokio və Yokohama şəhərlərinə dağıdıcı zərbə vuran zəlzələnin şiddəti 8,3 bala çatıb. Zəlzələ nəticəsində 142 min insan ölüb və taxta evlərin çoxluq təşkil etdiyi yapon şəhərlərində güclü yanğınlar baş verib.

5.Kəşmir zəlzələsi. 8 oktyabr 2005-ci ildə Pakistanın Müzəffərabad şəhəri yaxınlığında baş vermiş zəlzələnin maqnitudası 7,6 bal olub. Nəticədə 79 min insan dünyasını dəyişib, torpaq sürüşmələri nəticəsində isə 4 milyon insan evsiz qalıb.


Müəllif: İlhamə Əbülfət