20 İyun 2017 12:19
2 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Pərvin Abıyeva karaoke klublardan birində dostları rejissor Kənan M.M və onun həyat yoldaşı Aygünlə istirahət edib.

Teleqraf.com-un məlumatına görə, aktrisa Rahidə Baxışovanın "Sən öyrətdin" mahnısını ifa edərək onun videosunu "Mənə dəyərli olan bir ailə ilə gözəl gün" başlığı ilə instaqram hesabından paylaşıb.

Pərvin Abiyeva paylaşıma belə bir replika da əlavə edib: “Aygün, xahiş edirəm orda Kənanın ağzını bağla, imkan vermir tək oxuyum, çaşdırır”.

Pərvin peşəkar ifaçı olmadığına görə izləyicilərdən üzr istəyib: “Professional deyiləm, sadəcə içimdən gəldi”

Qeyd edək ki, bir neçə gündür ki, sosial şəbəkələrdə Kənan MM ilə Pərvin Abıyevanın sevgili olduqları barədə iddialı müzakirələr gedir.


Müəllif: Könül Əlibəyli