Əslən Güney Azərbaycandan olan müğənni Ququş (Faiqə Atəşin) İrəvana gəlib.
Teleqraf.com xəbər verir ki, sabah Ermənistanda konsert proqramı ilə çıxış edəcək Ququş İnstaqram sosial şəbəkəsində İrəvanda olduğuna dair video-çarx paylaşıb.
Müğənni İrəvandan Tiflisə yola düşəcək. İfaçının sentyabrın 2-də Gürcüstanda konserti nəzərdə tutulub.
Xatırladaq ki, Ququşun konsert turu siyahısında Azərbaycanın adı yoxdur. Sənətçi sonuncu dəfə 2011-ci ildə Bakıda konsert verməyi planlaşdırsa da, bu, baş tutmayıb.