22 Aprel 2017 10:21
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Mahir Aslanov, İqbal Məmmədov, Elçin Quliyev Çexiya Parlamentinin Kənd Təsərrüfatı Komitəsinin sədri Yaroslav Faltinekin dəvəti ilə sabah Praqaya səfərə edəcəklər.

Teleqraf.com xəbər verir ki, səfər zamanı deputatlar Çexiya Parlamentinin rəhbərliyi, Aqrar komitənin üzvləri ilə bir sıra görüşlər keçirəcək, kənd təsərrüfatı sahəsinin qanunverilicik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparacaq, habelə əməkdaşlıq əlaqələrinin inkişafı barədə danışılacaq.

Millət vəkilləri, həmçinin Çexiyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış müxtəlif şirkətlərinin, o cümlədən “AGROFERT” konserninin fəaliyyəti, iş təcrübəsi ilə yaxından tanış olacaqlar.

Cavad


Müəllif: